Berlində şahmat tacına iddiaçıların turnirində 8-ci turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda rus şahmatçı Sergey Karyakinlə qarşılaşıb.

Qrossmeysterimiz ilk dövrədə məğlub etdiyi rəqibi ilə bu dəfə bərabərliyə razı olub.

Hazırda xalını 5-ə çatdıran Ş.Məmmədyarov lider Fabiana Karuana ilə müvəqqəti şərikli liderliyə yüksəlib. Karuana bu turda Uesli So ilə qarşılaşır.