Hollivud ulduzu Conni Depp və Vanessa Paradinin 18 yaşlı qızı Lili Rouz Depp Los-Ancelesdə paparazzilərə tuş gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, gənc model bu dəfə makiyajsız görüntülənib.

Hər zamankı kimi zövqlü geyinən Lilinin əynində cins şalvar, qırmızı kofta və qara kardiqan olub. O, geyimini "Chanel"dən çanta və qara ayaqqbı ilə tamamlayıb.

Qeyd edək ki, Rouz ilk dəfə 16 yaşında "Chanel brendinin 2015-2016-cı il yeni eynək kolleksiyasının reklam çarxına çəkilib.