Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək.

Unikal.org-un məlumatına görə, bu gün Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.