Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Unikal.org "Report"a istinadən bildirir ki, rayonun Cırdaxan kənd ərazisində baş vermiş qəza zamanı xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq istəyən Səhiyyə Nazirliyinə məxsus "Mersedes " markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb. 

Belə ki, avtomobil başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, xəsarət alanlar olmasada avtomobillə ciddi ziyan dəyib. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.