"Zalsburq" klubunun futbolçusu Munas Dabbur Avstriya Bundesliqasının XXVII turunda "Austriya" ilə oyun zamanı 4 dəqiqəyədək huşsuz vəziyyətdə qalıb.

Unikal.org- un məlumatına görə, israilli hücumçu ikinci hissədə rəqib müdafiəçi Ştefan Ştanql ilə kəllə-kəlləyə toqquşduqdan sonra yerə sərilib. 25 yaşlı forvard meydandan xərəklə çıxarılıb və xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin sabit və təhlükəsiz olduğu bildirilir. Lakin növbəti oyunlarda Dabbur meydana çıxa bilməyəcək.

Qeyd edək ki, görüş "Zalsburq"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Munas Dabbur bu mövsüm Bundesliqada 24 oyuna 16 qol vurub.