Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Report-a istinadən xəbər verir ki, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub, nəticədə zərbənin təsirindən sürücülərdən biri maşının şüşəsindən çıxaraq kənara düşüb. 

Yaralı sürücülərdən biri, 1978-ci il təvəllüdlü Ramil Eldar oğlu Yusifov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.