Cəlilabadda azyaşlı uşağın üzərinə qaynar su tökülüb.


Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Təklə kəndində 2017-ci il təvəllüdlü, Aynur Kəmaləddin qızı Tağıyevanın üzərinə qaynar su tökülüb.

 
Ağır yanıq xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.