Azərbaycanda 2017-ci il ərzində penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 5 min 570 nəfər olub.

 
Unikal.org-un məlumatına görə  bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda  aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı "Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsində əksini tapıb.

 

Məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2 min 923 nəfər olub.