Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə polisə məlumat daxil olub.

Unikal.org  "Qafqazinfoya istinadən bildirir ki-š əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov olduğu, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisinin isə 736,8 qram metallik civə olduğu müəyyən edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.