İspaniyanın "Real klubu yeni qapıçı axtarışlarını davam etdirir.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, kral klubu "Romanın qapıçısı Alissonu transfer etmək istəyir. Bunun üçün qarşı tərəfə 60 milyon avro ödəməyə razıdır.

"Real 25 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Oyunçuya isə illik 5 milyon avro maaş təklif edir.

Xatırlada ki, Alissonu heyətinə qatmaq uğrunda İngiltərinin "Liverpul klubu da mübarizə aparır.