"Romanın qapıçısı Alissonun "elçiləri gündən-günə artır.

Unikal.org xəbər verir ki, artıq onu heyətində görmək istəyən klubların sırasına Madrid "Realı da qoşulub. İspaniya mətbuatının iddiasına görə, La Liqanın son qalibi braziliyalı qolkiperə görə 60 milyon avro ödəməyə hazırdı. İspaniya çempionu əlavə olaraq qapıçı Keylor Navas və yarımmüdafiəçi Mateo Kovaçiçi də qarşı tərəfə verməyə razıdı. "Real Alissonun özünə illik 5 milyon avro olmaqla 5 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, "Realdan öncə İngiltərənin "Liverpul klubunun da Alissonu sıralarına qatmağa çalışdığına dair xəbərlər yayılmışdı.

Braziliyanın "İnternasional klubunun yetirməsi olan qapıçı "Romaya 2015-ci ildə 7,5 milyon avroya transfer edilib. 25 yaşlı qolkiper bu mövsüm həm İtaliya A Seriyasında, həm də UEFA Çempionlar Liqasında etibarlı çıxışı ilə özündən söz etdirməyi bacarıb.