Məşhur ispaniyalı futbolçu Xabi Alonso vergidən yayınmaqda ittiham olunur.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniya millisinin sabiq üzvü 2010-2012-ci illər aralığında 2 milyon avroluq vergini ödəməkdən yayınıb. Alonso bu məsələ ilə bağlı ilk məhkəmədə bəraət alsa da, ona qarşı yenidən ittiham irəli sürülüb. Yeni ittihama əsasən, ulduz futbolçu vergi saxtakarlığına əl atdığı üçün 5 il həbs cəzası ala bilər. Bundan əlavə onun 4 milyon avroluq cərimə olunacağı bildirilir.

Xatırladaq ki, Alonso həmin dövrdə Madrid "Realında çıxış edib. 36 yaşlı sabiq futbolçu ötən il peşəkar karyerasını başa vurub.