Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərarında dəyişiklik edilib.

Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minir./Report/