Türkiyəli müğənni Zuhal Olcay həbs edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi  prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə həbs edilib.

İstanbul məhkəməsi müğənni barəsində 1 illik həbs qərarı çıxarsa da, sonradan ifaçının cəzası 10 aya endirilib.

Qeyd edək ki, Zuhal Olcay müğənniliklə yanaşı, aktrisa kimi də fəaliyyət göstərirdi.