Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən unikal.org-a verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.