İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllıda qeydə alınıb. Ədalət Vəliyev idarə etdiyi "Chevrolet" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında velosipedlə hərəkət edən İsmayıllı şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseynov Ağamurad Firudin oğlunu vurub. Hadisə zamanı Ağamurad Hüseynov ağır kəllə-beyin travması aldığı üçün təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda koma vəziyyətində olan yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.


Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.