Ötən ay Nigeriyanın şimal-şərqində məktəbdən qaçırılan onlarla qız ailələrinə geri dönüb.

Bu qızlar Dapçidə yerləşən Qızlar üçün Dövlət Məktəb və Texniki Kollecindən qaçırılan 100 qızdan bəziləridir. Onlar çərşənbə heç bir izahat verilmədən Boko Haram militantları tərəfindən geri gətirilib.

Bir qız bəzilərinin geri qayıtmamasının səbəbini izah edib

"Beş qız öldü. Onları Boko Haram öldürmədi. Stress və travma onları zəiflətdi, o deyib.

Nigeriyanın informasiya naziri Lai Məhəmməd qızların fevralın 19-da məktəblərindən qaçırıldığını bildirib.

Məhəmməd deyib ki, 100 qız "vasitəçilərin və ölkəmizin dostlarının köməkliyi ilə şərtsiz olaraq geri qaytarılıb.

Radikal islamçı qrup dörd il öncə Çibok şəhərində bir məktəbdən 276 qızı qaçırmışdı.

Həmin hücumdan bəri 100 qız hələ də itkindir. Hadisə beynəlxalq qınaqlara səbəb olub ("Amerikanın səsi").