Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.

Unikal.org-un xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Türkanə Kamran qızı Məmmədcanova həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.