İspaniya çempionu "Realın uelsli yarımmüdafiəçisi Qaret Beyl ölkəsinin yığma komandasının tarixinə düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Uels yığması ötən gün Çinlə yoxlama oyununda 6:0 hesablı qələbə qazanıb. Beyl isə bu görüşdə het-trikə imza atıb.

Bu het-trik sayəsində o, Uels yığmasının tarixində ən çox qol vuran futbolçuya çevrilib. Artıq milli forma altında Beylin 29 qolu var. O, buna 69 qarşılaşmada nail olub.

Xatırladaq ki, Beylə qədər bu rekord İan Raşa məxsus idi. "Liverpulun əfsanəvi futbolçularından olan Raş Uels millisində 28 qolla uzun müddət idi ən yaxşı bombardir sayılırdı.