"Yuventusun hücumçusu Qonsalo İquayn 2016-cı ildə futbolçu karyerasını bitirmək istəyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə argentinalı futbolçu xarici mətbuata açıqlamasında məlumat verib. O, 2016-cı ildə anasının çox xəstə olduğunu, onunla daha çox vaxt keçirmək üçün karyerasını bitirmək istədiyini, lakin anasının təkidindən sonra bu fikrindən daşındığını deyib:

"Anam xəstələnmişdi. Dəhşətli vaxtlar idi. Müalicə aldı, indi hər şey qaydasındadı. 2016-cı ildə karyeramı bitirmək istəyirdim, lakin anam oynamağımı istədi. Onunla daha çox vaxt keçirmək üçün karyeramı bitirmək barədə düşünürdüm, ancaq məhz onun istəyi ilə bu addımı atmadım.

Xatırladaq ki, İquayn məhz 2016-cı ildə, 90 milyon avro qarşılığında "Napolidən "Yuventusa transfer olub.

Hücumçu cari mövsümdə şans qazandığı 39 oyunda 22 qol vurub, 6 məhsuldar ötürmə edib.