Bayram günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.

Unikal.org xəbər verir ki, bunu "Reporta açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, həmin müddətdə şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: "Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Daha 1 nəfər isə dərman zəhərlənməsi, 3 nəfər isə sərxoşluqla ilə bağlı şöbəyə gətirilib.

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: "Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.