MSK-nın sədr müavini Natiq Məmmədov "Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili mövzusunda seminar müşavirədə çıxış edib.  Unikal.org xəbər verir ki, o çıxışı zamanı Azərbaycanın ötən illər ərzində böyük seçki təcrübəsi qazandığı bildirib. N. Məmmədov qeyd edib ki, Səhiyyə Nazirliyi ilə təşkil edilən tədbir seçki prosesinin daha mükəmməl və şəffaf şəkildə həyata keçməsi üçün nəzərdə tutulur: 

"Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.

Sədr müavini həmçinin vurğulayıb ki, MSK-nın fəaliyyəti seçicilərin prosesdən razı qalmasına yönəlib.