Azərbaycanı "Eurovisionda təmsil etmiş Səmra Rəhimli "Səhər-səhər" verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, müğənni yarışma zamanı başına gələnlərdən danışıb:

"Səhnədə həyəcanlanmaq necə olur?! Mən onu hiss edə bilmirəm. Hətta bizimlə çalışan qrup da deyirdi ki, sən yeganə iştirakçısan səhnəyə özünə güvənərək çıxdın. Düşmən ölkədən soyuqluq hiss etdim. Hətta səhnədə bir hadisə olmuşdu. Erməni qız gəldi məni itələdi. Mən orada reaksiya verə bilməzdim ona. Çünki orada hər şey başqa cürdür. O elə elədi ki, guya məni görmədi. Finala keçənlər təqdim ediləndə, mən ortada dayanmışdım. O da gəldi məni itələdi, bayrağı ilə durdu biraz yellədi sonra qaçdı getdi qırağa. Başa düşmədim onu.