Çinin Harbin şəhərində içi sərnişinlə dolu avtobus şəhərin ortasında yanıb. Publika.az "Ren TV"-yə istinadən xəbər verir ki, avtobusun yanması müşahidə kamerasına düşüb. Avtobus alışan kimi sərnişinlər özünü bayıra ataraq qaçıb. Bir neçə dəqiqədən sonra partlayış baş verib. Sosial şəbəkədə sürətlə yayılan video müzakirələrə səbəb olub. Müzakirəyə səbəb olan isə avtobusdan düşən sərnişinlərin sayıdır.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb. Novruz bayramı ilə əlaqədar bir həftə qeyri-iş günü elan olunub. Dövlət orqanlarında, büdcə təşkilatlarında və s. sektorlarda tətildir. Ancaq bəzi peşə sahibləri var ki, bayram, tətil bilmədən hər gün işləməyə məcburdurlar. Onlardan biri də ictimai nəqliyyatda çalışanlardır. Görəsən, onların bayram günlərində iş qrafiki necədir?

Unikal.org-un məlumatına görə, Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a bildirib ki, onlar bayram günlərində də işi əvvəlki qaydada davam etdirirlər:

"Növbətçilik əsasında işlərimizə davam edirik. Bayramla əlaqədar ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalsa da, intervalda heç bir dəyişiklik edilməyib".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, qeyri-iş günlərində avtobus sürücülərinin iş bölgüsü sərnişindaşıyıcılar tərəfindən tənzimlənir:

"İşəgötürən tərəflə işçi arasında əmək münasibətləri aydınlaşdırılır. Hazırda avtobus sürücüləri növbəlilik prinsipi ilə fəaliyyət göstərirlər. İntervalda isə heç bir dəyişiklik yoxdur. Şəhərdə əhali azalsa da, ictimai nəqliyyatdan istifadə edənlər çoxdur".