İtaliya millisinin qapıçısı Canluici Buffon "Barselonanın hücumçusu Lionel Messi və "Realın üzvü Kriştiano Ronaldonu müqayisə edib.

Unikal.org xarici mətbuata istnadən xəbər verir ki, 40 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında hər iki futbolçunun da böyük istedada malik olduğunu, ancaq Messinin daha qüsursuz olduğunu deyib:

"Messi və Ronaldo tamamilə fərqli futbolçulardı. Messi Ronaldodan daha çox texnikaya, Ronaldo isə Messidən daha çox enerjiyə malikdi. Lakin məncə, Messi daha qüsursuzdu. O, əsl liderdi.

Xatırladaq ki, bu gün İtaliya yığması Messinin üzvü olduğu Argentina millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.