Türkiyənin Kahramanmaraş bölgəsində bir ailə dəhşət dolu anlar yaşayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəvi problemlər üzündən ağır depresiya keçirdiyi iddia edilən Emine K. adlı orta yaşlı qadın evinə od vurub.

Daha sonra isə evdə əlinə keçən əşyaları pəncərədən çölə atıb. Bununla kifayətlənməyən Emine.K pəncərənin sınıq şüşələrindən boylanaraq əlindəki blmaqla biləklərini kəsib.

Polislər qadını tutdğu əməldən vaz keçməsi üçün danışığa tutublar. Ancaq Emine K. polisin 4,5 saat davam edən mübarizəsindən sonra əlindəki bıçağı yerə atıb.