Argentinalı sabiq futbolçu Qabriel Batistuta vaxtilə şərəfini qoruduğu "Romanın Çempionlar Liqasının 1/4 finalında "Barselonaya qarşı şanslarını dəyərləndirib.

Unikal.org xəbər verir ki, sabiq hücumçu "Football İtaliaya açıqlamasında "canavarların "Barsanı keçə biləcəyini deyib:

"Roma "Barselonanı keçə bilər. Ümumiyyətlə, 1/4 finalın bütün iştirakçılarının mərhələ adlamaq şansı var. Eusebio Di Françesko yaxşı komanda yaradıb. O, burda çox iş görüb. Komandanın İtaliyada uğur qazanmamasının yeganə səbəbi "Yuventusdu. Bu komanda hər şeyə sahibdi.

Xatırladaq ki, Batistuta 2000-2003-cü illər aralığında "Romanın uğurları üçün çalışıb. "Batiqol" 2001-ci ildə paytaxt təmsilçisi ilə skudettonu qazanıb.