Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org
apa-ya istinadən mlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. "Shaqman"markalı yük avtomobili "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aprılır.

19:10

***
20:32

Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Reportun Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Yaralılardan biri 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğludur. Hazırda ölənlərin və digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəzada ölənlər İmişlinin Yalavac kənd sakinləridir. Hazırda "Shacman markalı yük maşınında sıxılıb qalmış Bakıdan olan yaralının çıxarılması istiqamətində xilasedicilər tərəfindən iş aparılır.