Balakən rayonunda yanğın olub.

Unikal.org
FHN-nə istinadən xəbər verir ki, rayonun Qasbinə kəndində fermanın ərazisində talvarın altına yığılmış 11 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı "Chevrolet markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.