Azərbaycan məhbus sayının azlığına görə, bir sıra Avropa ölkələrini üstələyir.

Unikal.org xəbər verir ki, bu barədə media monitorinqi və hesabat agentliyi məlumat yayıb. Belə ki, Azərbaycan hər 100 min nəfərdən 236 nəfəri müxtəlif cinayətlərə görə, həbs olunublar.

Avropada bu rəqəm 127 nəfərdirsə, ölkələr üzrə isə bu tam fərqlilik təşkil edir. Belə ki, Çexiya, Bolqarıstan, Litvada məhbus sayına görə, Avropada ilk sıraları tuturlar.

Azərbaycan isə əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə, Türkiyə, Gürcüstan, Latviya və digər ölkələri üstələyib.

Belə ki, məhbus sayına görə, Gürcüstandanda hər 100 min nəfər əhaliyə 256 nəfər, Türkiyə, Latviya 244 nəfər, Azərbaycanda isə 236 nəfər nəfər təşkil edir.  

Avropa ölkələrində ən az məhbus sayı bu ölkələrdədir. San Marinoda əhalinin 100 min nəfərindən 37 nəfəri, Hollandiyada 51 nəfər, Finlandiyada isə 56 nəfəri müxtəlif cinayətlərə görə, məhbus həyatı yaşayır.

Qeyd edək ki, bu statistika 2016-cı ilin göstəricisinə əsasən hazırlanıb.