Türkiyənin Batman əyalətində, dağlıq ərazidə təhlükəsizlik qüvvələri və terrorçular arasında atışma olub.

Unikal.org Türkiyə KİV-nə istinadən məlumatına görə, PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, daha 2-si yaralanıb.

Hazırda ərazidə terrorçuların zərərsizləşdirilməsi məqsədilə əməliyyat davam etdirilir.