Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org
report-a istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Eldar oğlu Yusifov öz şəxsi avtomobilindən düşüb yolun o biri tərəfinə keçmək istəyərkən, yüksək sürətlə gələn başqa bir maşın tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.

İlkin müayinə zamanı yaralının vəziyyəti ağır olduğu üçün o, əvvəlcə Reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra "təcili yardım" avtomobili ilə Bakı şəhərinə gətirilib. Xəstəxanadan bildirilib ki, R.Yusifovun vəziyyəti olduqca ağırdır.

Faktla bağlı araşdırma aparılır.