Türkiyənin tanınmış aktyoru Ercüment Balakoğlu ölüb. 

Unikal.org  "Hüriyyət qəzetinə istinadən bildirir ki, aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

 

Ercüment Balakoğlu ötən ilin avqust ayından xəstəxanada həkim nəzarətində olub.

 
Aktyor 1934-cü ildə Zonquldağda anadan olub. Uzun illər serial və filmlərdə dublyaj edib. O, "Danimarkalı gəlin, "Çılğın eşqlər, "Günəşli yolçuluq, "Dərsimiz: Atatürk və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.