Argentina yığmasının sabiq fubolçusu Qabriel Batistuta Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib.

Unikal.org xəbər verir ki, Batistuta üstünlüyü Maradonaya verib. O, Messidə xarizmanın çatışmadığını bildirib:

"Dieqo Argentina futbolunun tarixində ən yaxşı futbolçudur. Onda xarizma və talant var idi. Texniki keyfiyyətlərinə baxmayaraq, Messi Maradonanı üstələyə bilməz.

Lioneldə Dieqoda olan xarizma yoxdu. Maradona poeziya, Messi nəsrdi. Leo saysız-hesabsız qollar vurub. Amma hesab edirəm ki, o, heç vaxt Maradona ola bilməyəcək.