Müğənni Mustafa Sandalla serbiyalı həyat yoldaşı, model Emina Sandalın boşanması ilə bağlı yeni iddia ortaya çıxıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 illik evliliyin əvvəlcə Eminanın bədxərc olması, daha sonra ərinə keçmiş sevgilisi ilə xəyanət etməsi səbəbindən bitdiyi bildirilirdi.

İndi isə boşanmaya cütlük arasında milliyyət üstə düşən davanın səbəb olduğu qeyd olunur.

Belə ki, Mustafa uşaqlarının evdə türk dilindən daha çox serb dilində danışdığını görüb və bu iradı Eminaya bildirib. O, uşaqlarının Serbiyaya getməməsini və bu dildə danışmamasını istəyib. Bundan əsəbiləşən modellə ifaçı arasında böyük mübahisə düşüb və cütlük yollarını ayırmaq qərarı verib.

Qeyd edək ki, Mustafa və Emina 2008-ci ildə ailə qurub. Onların iki övladı var.