Bir neçə gün əvvəl oyun zamanı ürəyi dayanan ABŞ-ın "Qrand Rapids klubunun basketbolçusu Zek Apşou xəstəxanada dünyasını dəyişib.

Unikal.org-un xəbərinə görə, bu barədə Milli Basketbol Assosiyasiyasının (NBA) saytı məlumat verib.

Məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq 26 yaşlı basketbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Qrand Rapids-"Detroyt Pistons matçı (G liqası) zamanı huşunu itirən Z.Apşou xəstəxanaya yerləşdirilmişdi.