Xızı rayonunda qardaşını öldürməkdə təqsirli bilinən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Unikal.org Teleqraf.com-a istinadən  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Şirxan Məhərrəmovun himayəsində yetkinlik yaşına çatmayan 4 uşağı var, həyat yoldaşı isə vəfat edib.

1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.

Daha sonra Şirxan Məhərrəmov ittiham aktını almadığını bildirib. Buna görə də hazırlıq iclasının davamı aprelin 3-ə təyin edilib.

İttihama görə, 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib.

Ağır xəsarət alan Səməd Məhərrəmov vəfat edib.

Məlum olub ki, iki qardaş arasında uzun müddət torpaq sahəsi üstündə münaqişə olub. Onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb.