Artıq indidən növbəti mövsümün transfer hazırlıqlarına başlayan "Neftçi heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, "ağ-qaralar" Haiti millisinin üzvü Soni Mustivar ilə müqavilə bağlayıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində, həmçinin, orta xəttin sağ cinahında oynaya bilən futbolçunun 28 yaşı var. Peşəkar karyerasına Fransanın "Bastiya" klubunda başlayan Soni, bu ölkənin digər təmsilçisi "Orleans" və Rumıniyanın "Petrolul" klubunda da top qovub. Futbolçunun son klubu ABŞ "Sportinq Kanzas"ı olub. Mustivar "Neftçi"yə azad agent kimi qoşulub.

"Ağ-qaralar"ın yeni transferi Haiti millisində 9 oyun keçirib. O, 4 matçda Fransanın gənclər millisinin də şərəfini qoruyub.