Şirvanda evdən qətlə yetirilmiş şəxsin meyiti tapılıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, meyit 20 yanvar küçəsindəki mənzillərdən birində aşkarlanıb. Hadisə yerinə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi və təfərrüatlar müəyyənləşdirilir.