Türkiyənin Bursa vilayətində Nilüfər rayonunda 150 tələbə xəstəxanaya yerləşdirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb tələbələrin zəhərlənməsi olub. Hazırda tələbələrin səhhəti normal qiymətləndirilir.Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşları olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə Ərzurumda Əfqanıstan, Pakistan və İraq vətəndaşları olan 26 xarici tələbə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.