"Spartakın və Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov futbolçu karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Səmədov əlbəyaxa döyüş növü ilə məşğul olmağı planlaşdırır. O, qaydasız döyüşün onu cəlb etdiyini bildirib:

"Karyeramı bitirdikdən sonra qaydasız döyüşlə məşğul olacam. İdmançı uzun illər gündəlik məşqlərdən sonra çox asanlıqla formasını itirir. Qaçış cığırına çıxmaq, müəyyən alətlərlə işləmək mənlik deyil.

Bütün bunlardan yorularam. Özümə sual vermişəm və müəyyən etmişəm ki, qaydasız döyüş məni cəlb edir. Karyeramı bitirdikdən sonra bu idman növü ilə məşğul olacam.