İspaniyanın "Barselona klubunun futbolçusu Lionel Messi İbitsa adasında otel alıb.

Unikal.org  "The Sunna istinadən xəbər verir ki, obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir.

Oteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 - 525 funt sterlinq təşkil edir.

Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu otel alıb.