"Fənərbaxça "Bavariyanın futbolçusu Aryen Robbenin xidmətində maraqlıdı.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "sarı-lacivərdlərin holland futbolçuya ilə 4 milyon avro olmaqla, 3 illik müqavilə təklif edəcəyi qeyd edilib. "Fənər müqavilə üçün 34 yaşlı futbolçuya 5 milyon avro ödəmək niyyətindədi. Robben türklərin təklifini qəbul etsə, ümumilikdə 17 milyon avro qazanmış olacaq.

İstanbul təmsilçisinin rəhbərliyinin tezliklə futbolçuyla Almaniyada görüşüb, müqavilənin detallarını müzakirə edəcəyi deyilir.

Robbenin "Fənərbaxçaya keçidi alınsa, türklər onun üçün "Bavariyaya heç bir məbləğ ödəməyəcək. Belə ki, Hollandiya millisinin sabiq üzvünün Münhen klubuyla müqavilə müddəti mövsümün sonunda bitəcək.