Bakıda 65 saylı avtobusda gənc oğlanla qadın arasındakı mübahisə davaya çevrilib.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Mübahisə qadının oğlana düzgün əyləşməməsinə görə irad bildirməsindən sonra başlayıb. Tərəfləri ayırmaq üçün digər sərnişinlər davaya müdaxilə ediblər. Hadisə zamanı gəncə irad bildirən yaşlı qadın və iki qoca kişi də onun hücumuna məruz qalıb.

Unikal.org Baku.TV-yə istinadən mövzu ilə bağlı şəhər sakinləri arasında keçirilən sorğunu təqdim edir: