Taylandda başının çox hissəsi qopan halda tapılan toyuq 10 gündür ölmür.
                                   
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mueang Ratchaburi bölgəsinin sakinləri başının böyük hissəsi qopan toyuğu görən kimi baytara xəbər veriblər. Hansısa heyvanın hücumu nəticəsində bu hala düşən toyuq, bölgədəki baytarlığa yerləşdirilib.

Başının üst hissəsi qopan, dimdiyi olmayan və sadəcə dilinin bir hissəsini tərpədən toyuğun müalicəsini öz üzərinə götürən Supakadee Arun Thong adlı baytar dənini toyuğun dilinə qoyaraq onu yemləyir.

Baytar ev quşunun yaşama şansının az olduğunu, ancaq əlindən gələni etməyə davam edəcəyini bildirdi.