Pop ulduz Sıladan ayrılan aktyor Ahmet Kural müğənni Hadisə ilə sevgili olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-ci ildə eşq yaşayan cütlük yenidən bir araya gəlib.

Amerikada tətildə olan Hadisə Ahmetlə tez-tez yazışmağa başlayıb. İddia olunur ki, onlar münasibətlərini bərpa etmək qərarına gəliblər.