Türkiyənin İğdır vilayətində Əfqanıstan və Pakistan vətəndaşlarını daşıyan miroavtobus qəzaya düşüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə bu gecə İğdır-Tuzluca yolunda baş verib. Belə ki, qeyri-qanuni yolla Türkiyəyə daxil olan Əfqanıstan və Pakistanlı qaçqınları daşıyan mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə mikroavtobus yanmağa başlayıb. Avtobusda olan 17 sərnişin yanaraq ölüb, 38 nəfəri isə yaralanıb. Yaralılar Ərzurum, Kars və Van xəstəxanalarına aparılıb.

Hadisə yerindən qaçan mikroavtobus sürücüsü Mehmet Kayahan tutularaq polisə təhfil verilib.