Türkiyənin Beyoğlu bölgəsində xəstəxanaya gətirilən məhbus birinci mərtəbədəki həkim otağının pəncərəsindən qaçıb.

Unikal.org xəbər verir ki, Silivri Cəzaçəkmə müəssəsində həbsdə olan Mücahit Coşar müalicə olunmaq üçün mərkəzdəki Göz xəstəxanasında gətirilib.

Xəstəxanın birinci mərtəbəsində həkim müalicəsinə buraxılan Coşar bir anda pəncərədən tullanaraq qaçıb. Jandarma əməkdaşı onun arxasınca qaçsa da çata bilməyib. Hazırda polis araşdırma aparır.