"İnterin və Braziliya yığmasının sabiq futbolçusu Adriano xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, Adriano əlində olan dərin kəsiklə bağlı vətənindəki xəstəxanalardan birinə çatdırılıb. 36 yaşlı futbolçunun əlini harda yaraladığı barədə dəqiq məlumat verilmir.

İlkin versiyaya görə, o, əlini öz evində kəsib.

Adrianonun xəstəxananı nə vaxt tərk edəcəyi barədə də məlumat verilməyib.