"Qarabağ"ın İsrailin "Hapoel (Hayfa) klubunun futbolçusu Nisso Kapilotonu transfer etmək niyyətindədir.  İsrail mətbuatının yaydığı məlumata görə, Ağdam klubu mövsümün sonunda azad agent statusu qazanacaq 29 yaşlı müdafiəçinin transfer edilməsi üçün artıq danışıqlara başlayıb. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da deyilir.

Məsələ ilə bağlı "Qarabağın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a açıqlamasında bildirib ki, futbolçunu sadəcə mətbuat vasitəsi ilə tanıdıqlarını deyib:

"Onun adını mətbuatdan eşitmişik. Bu futbolçu haqqında da məlumatımız yoxdur. Yəni o maraq dairəmizdə olmayıb.

Qeyd edək ki, dünyaca məşhur "transfermarkt" saytında Nisso Kapilotonun transfer qiyməti təxminən 1 milyon dollar olaraq göstərilib.